Dünyanın ən uzun təyyarəsi hazırlanır

13 Yanvar 2019 11:46

Dünyanın ən uzun təyyarəsi "Airlander 10" modeli üzərində işə başlanılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Bedfordşayr əyalətində yerləşən Hibrid Hava Vasitələri yeni bir sənət əsəri üzərində işə başlamaq üçün Sivil Aviasiya İdarəsindən dəstək aldıqlarını söyləyiblər.

Hibrid Hava Vasitələri şirkətinin icraçı direktoru Stiven Maqlenan dünyanın ilk tam həcmli hibrid təyyarəsini istehsal standartlarına uyğunlaşdırmağa çalışdıqlarını bildirib.

2020-ci ildə yeni modelin səmaya qalxması planlaşdırılır.

Milli.Az