Meksikada turistlərlə dolu avtobus aşıb

13 Yanvar 2019 09:34

Meksikanın şimal-qərbində yerləşən Sinaloa ştatında Kulyakan şəhəri ətrafında turistlərlə dolu avtobus aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Verilən məlumata əsasən, avtobusda həm yerli sakinlər, həm də ABŞ-lı turistlər olub.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az