Kənandan boşanma xəbərləri ilə bağlı açıqlama

13 Yanvar 2019 09:29

Ötən gün müğənni Kənan Doğulu həyat yoldaşı Beren Saatla birgə görüntülənib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikili mükafatlandırılma gecəsindən çıxarkən kameraların hədəfinə tuş gəlib. 

Kənan Berenlə boşanacağı haqda yayılan iddialara cavab verib. Doğulu bu sözləri deyib:

"Elə bir mövzu yoxdur. Evliliyimiz çox yaxşı gedir".

Milli.Az