Qapıçının vurduğu bu qoldan çox danışılacaq - VİDEO

13 Yanvar 2019 09:20

İrlandiyanın "Qlentoran" futbol klubunun qapıçısı Elliott Moriss karyerasında ilk dəfə olaraq oyun zamanı meydançanın komandasına aid hissəsindən rəqib qapısına qol vurub.

Milli.Az Report-a istinadən xəbər verir ki, qolu əks etdirən videogörüntü "BBC Sport NI" "Twitter"dəki akkauntuna yerləşdirilib.

Qeyd edilir ki, 37 yaşlı qapıçı "İnstitut" komandası ilə matçda, Şimali İrlandiya çempionatının 25-ci turunda fərqlənib. O, oyunun 10-cu dəqiqəsində, cərimə zərbəsi ilə topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, qapıçı "Qlentoran"ın "İnstitut" üzərində 2:0 hesabı ilə qələbə qazanmasına kömək edib.

@Glentoran take the lead through... GOALKEEPER ELLIOT MORRIS!!!

Text Video Audio - https://t.co/Q2LzNL6WK2
Get involved! Use #BBCIrishPrem@BBCMOTD @BBCSport pic.twitter.com/5z7vNocxmu

- BBC SPORT NI (@BBCSPORTNI) January 12, 2019

Milli.Az