Tramp Kim Çen Inla yenə görüşəcək - Bu dəfə Vyetnamda

13 Yanvar 2019 09:06

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.

Bu barədə Milli.Az Report-a istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib. 

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

Milli.Az