"Ailəmizdə hamı Messiyə azarkeşlik edir" - Eden Hazard

12 Yanvar 2019 22:59

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı superulduzla birlikdə çəkilmiş fotosunu şərh edən 28 yaşlı futbolçu onu dünyanın ən yaxşısı adlandırıb:

"Bir şəkildə 2 dahi futbolçu? Məncə, ən yaxşı bir nəfər ola bilər. O da Lionel Messidir. Mənim böyük oğlum çılğın Messi azarkeşidir. Ümumiyyətlə, kiçik ailəmizdə hamı ona azarkeşlik edir. Leo xüsusi oyunçudur".

Milli.Az