Cəlilabad sakinini qohumları döydü

12 Yanvar 2019 22:36

Cəlilabadda döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini, 1976-ci il təvəllüdlü Ağaməliyev Alxas Məhəmmədəli oğlu qohumları tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Abıyev Cəlal Səfəralı oğlu da bir neçə naməlum şəxs tərəfindən iti alətlə döyülüb.

Milli.Az