Türkiyədə iki həftədə 23 terrorçu zərərsizləşdirilib

12 Yanvar 2019 22:34

Türkiyənin Silahlı Qüvvələri ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək 23 terrorçunu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib. Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb.

Daha əvvəl Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Avaşin-Basyan rayonundakı obyektlərinə zərbələr endirib.

Milli.Az