Cəlilabadda yol qəzası olub, xəsarət alan var

12 Yanvar 2019 22:32

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda yol qəzası olub, ata və qızı xəsarət alıb.

Milli.Az