Fransada "sarı jiletlilər"in aksiyasında 32 min insan iştirak edir

12 Yanvar 2019 20:47

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər"in Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.

Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.

Milli.Az