Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs narazıdır

12 Yanvar 2019 19:28

Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 16-na təyin edilib.

Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Milli.Az