"Qarabağ"ın rəqibi dəyişdi - "Paxtakor"un əvəzinə "Uypeşt"

12 Yanvar 2019 19:09

"Qarabağ"ın Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi toplanış zamanı ikinci yoxlama matçında Özbəkistan "Paxtakor"unun əvəzinə, Macarıstanın "Uypeşt" komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

Milli.Az