"Narkotik vasitələrdən istifadə etmişəm" - Buffonun etirafı

12 Yanvar 2019 19:08

İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon ölkəsinin "Vanity Fair" nəşrinə geniş müsahibə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda PSJ-nin formasını geyinən qolkiper futboldan kənar həyatı haqda da danışıb. 40 yaşlı qapıçı gənclik illərində narkotik maddə qəbul etdiyini gizlətməyib:

"Hə, etiraf edirəm ki, gənc yaşımda narkotik tərkibli müxtəlif yüngül dərmanları sınamışam. Ancaq valideynlərim xəbər tutanda məni inandırdılar ki, belə şey etməməliyəm. Onlar dedilər ki, bu, mənə yaraşan hərəkət deyil".

Buffon məhz ailəsinin sayəsində bu cür zərərli vərdişdən uzaqlaşdığını bildirib: "Mən idmançı ailəsində anadan olmuşam. Valideynlərim hər zaman mənim təkcə layiqli insan yox, həm də yaxşı idmançı olmağımı istəyiblər. Həmin tərbiyə sonradan mənə diskotekalarda təklif olunan bu cür zərərli maddələrə "yox" deməyi öyrənməyimə kömək etdi. Hər bir insan həyatda seçimini özü edir. Onları mühakimə etmək mənim işim deyil. Amma idmançı eyni anda hər iki tərəfdə ola bilməz. O, ya idmanda olmalıdır, ya da olmamalı".

Milli.Az