Aynişan ilk dəfə şəxsi həyatından DANIŞDI: “O insanla evliliyə...”

12 Yanvar 2019 18:48

Əməkdar artist Aybəniz Haşımovanın blogerliklə məşğul olan qızı Aynişan Quliyeva ilk dəfə şəxsi həyatından danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, əvvəllər müğənni kimi fəaliyyət göstərən Aynişan Quliyeva özünə Yutub kanalı açıb. O, Yutub kanalında ona verilən suallara cavab verib.

Aynişanın "Yaxınlarda ailə qurmaq planınız varmı" sualına cavabı belə olub:

"Artıq özümü ailə qurmağa hazır hiss edirəm. Ümumiyyətlə, insan ailə qurmaq üçün, ilk növbədə, buna özünü hazır hiss etməlidir. Bizdə qızlar dünyaya gələn kimi ona ünvanlanan bütün arzular toyla bağlı olur. Yaxud da qızlar üçün uşaqlıqdan cehiz yığmağa başlayırlar. Odur ki, çoxu psixoloji olaraq özünü evliliyə hazır hiss etdiyini zənn edir, amma mən heç cür o beyində olan insan olmamışam. Ailə qurmaq haqqında son iki ildir düşünməyə başlamışam. Çünki əvvəllər adi bir uşağın sözündən inciyə bilərdim. Özünüz təsəvvür edin, o cür insandan heç vaxt ana ola bilməzdi. Sözsüz ki, uşaqları çox sevirəm, amma 26 yaşında bir qız uşaqdan inciyirdi... Son bir-iki ildə özünü qismən hazır hiss etməyə başlamışam, heç kim evlilik həyatına 100 faiz hazır hiss etmir. Artıq evləndikdən sonra o həyata alışırsan.

Hazırda evlilik haqqında düşünmürəm, çünki həyatımda heç kim yoxdur. İnsanın həyatında kimsə olmalıdır ki, bu planı qursun. Ümid edirəm ki, həyatımda mənə doğma insan peyda olacaq və mən onunla evliliyə əmin addımlarla gedərəm. Əks halda, məndə panika başlaya bilər. Seçimimdən ilk növbədə çox əmin olmalı, çox güvənməli və çox sevməliyəm. Bütün gərginliklər insan əmin olmadıqda baş verir".

Milli.Az