Oğlan uşaqlarını zorla cinsi əlaqəyə məcbur edən keşiş həbs olundu

12 Yanvar 2019 18:27

ABŞ-ın Pensilvaniya ştatından olan keşiş, 65 yaşlı Devid Poulson illərlə iki azyaşlı oğlan uşağını zorla cinsi əlaqəyə məcbur etməkdə təqsirləndirilərək saxlanılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, kilsə təmsilçisini 14 il həbs cəzası gözləyə bilər.

Keşiş törətdiyi cinayəti boynuna alıb və hətta "tövbə də edib".

Pensilvaniya prokuroru Coş Şapironun sözlərinə görə, uşaqlar cinsi istismara məruz qaldğı vaxt 8 və 14 yaşlarda olublar.

Üstəlik, pedofil keşiş hər cinayətdən sonra onları günahlarına görə tövbə etməyə məcbur edrimiş.

Poulsonun adı Pensilvaniyada qalmaqallı "301 yırtıcı-keşiş" siyahısına daxil edilib. Həmin kilsə nümayəndələri də analoji cinayətlərdən mühakimə olunurlar.

Ştatın baş prokuroru yerli yeparxiyanın keşişin naqis əməlləri haqqında məlumatı olduğu halda bu barədə 7 il susduğunu bildirib.

Poulsondan sonra 75 yaşlı Con Tomas Suini və Con Cenik adlı pedofil rahiblərin də cinayətlərinin üstü açılıb.

Milli.Az