Murad və Tunardan sənətçilərə qadağa

12 Yanvar 2019 17:23

Müğənni-bəstəkar Murad Arif sənətçilərə qadağa qoyub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Mash up" oxuyan ifaçılara xəbərdarlıq edib. O bildirib ki, bəstələrini "Mash up"a daxil etməsinlər:

"Hörmətli sənət dostlarım. Son zamanlar dəbə gəlmiş "Mash up" ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız. Sonra video niyə "Youtube"də "blok" edildi soruşmayın. 

Səbəblər isə: Adətən izinsiz edirlər. İstehsalat keyfiyyəti ürəyimcə olmalıdır. Bir temanın hazırlanmasına, sevilməsinə, 15-20 min manat pul xərcləyirəm. Yoğurmadı, yapmadı,  hazırca kökə tapdı məsəli. Gələcəkdə, istədiyim formada öz mahnılarıma  özüm meqamix etməyi düşünürəm".

Müğənni-bəstəkar Tunar Rəhmanoğlu da etirazını bildirərək "Düzgün. Mənim də bəstələrim istifadə olunub. Salamsız, kəlamsız, icazəsiz" deyib.

Milli.Az