Kamala 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olacaq

12 Yanvar 2019 16:22

Kaliforniya ştatından senator Kamala Harris 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Harris özü hələlik bu barədə rəsmi bəyanatla çıxış etməyib. Lakin yerli KCBS radiosunun verdiyi məlumata görə, senatora yaxın olan bir neçə mənbə onun planlarını təsdiqləyib və bildiriblər ki, Harrisin əri də onun bu qərarını dəstəkləyir.

Amerika KİV-ləri bildirirlər ki, Harris bu planını, çox ehtimal, yanvarın 21-də qeyd edilən Martin Lüter Kinq günü ərəfəsində elan edəcək.

Harris Oklenddə doğulub və hüquq sahəsində karyerasına orada başlayıb. KCBS radiosunun istinad etdiyi mənbələrin fikrincə, Harrisin öz namizədliyini Demokratlar partiyasından məhz Oklenddə irəli sürəcəyi güman edilir.

Məlumat üçün qeyd edək ki, Kamala Harris 2004-2011-ci illər San-Fransisko dairəsinin prokuroru, 2011-2017-ci illərdə Kaliforniyanın baş prokuroru olub. 2016-cı il seçkilərində Demokratlar partiyasının qələbəsindən sonra Harris Kaliforniya ştatının senatoru olub.

Milli.Az