Pensiyalar necə indeksasiya olunmalıdır? - Təkmilləşdirməyə ehtiyac var

14 Yanvar 2019 11:33

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2,9 faiz artıb. Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Pensiyalar bundan sonra fərqli hesablanacaq - Amma başqa təklif də var...

İqtisadçının fikrincə, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı: "Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. 2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9,2 faiz artıb. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Əgər təklif etdiyim kimi, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa, o zaman indeksasiya nəticəsində pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər".

İlkin İzzət
Milli.Az