"Qarabağ"dan Almeyda açıqlaması - YENİLƏNİB - FOTO

12 Yanvar 2019 14:27

14:27

"Qarabağ" klubu Azərbaycan milli komandasının və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə qatıb.

Milli.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazılıb.

----------
13:22

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq "Qarabağ"ın düşərgəsindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub.

Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkdə Almeyda ilə şəklini paylaşıb.

Hazırda Qazaxıstan "Astana"sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"ı 2017/18 mövsümünün sonu tərk edərək "Astana"ya keçib.

Milli.Az