"Qarabağ" məni buraxmağı və ya satmağı planlaşdırmır" - Donald Gerye

12 Yanvar 2019 13:10

"Qarabağ"ın futbolçusu Donald Gerye Ağdam təmsilçisindəki taleyi ilə bağlı növbəti açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına danışan haitili yarımmüdafiəçi hazırkı klubundan ayrılmayacağını deyib: "Bu məsələ bağlanıb. "Qarabağ" məni buraxmağı və ya satmağı planlaşdırmır. Müqaviləmin sonuna kimi komandada qalacam".

Qeyd edək ki, Geryenin "Qarabağ"la müqaviləsi yayda başa çatır.

Milli.Az