Türkiyədə qatar qəzası: yaralılar var

12 Yanvar 2019 11:35

Türkiyədə qatar qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə İstanbulun Florya səmtində qeydə alınıb.

Belə ki, Halkalı - Sirkeci Banliyö dəmiryolunda sınaq məqsədilə xəttə buraxılmış Marmaray qatarı ilə dəmir yolu xətlərini dəyişdirən nəqliyyat vasitəsi toqquşub. 

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az