Qaradağda içərisi əşya dolu vaqon və köşk yanıb

12 Yanvar 2019 11:02

Bakıda yanğın faktı qeydə alınıb.

Milli.Az-a FHN-dən verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisindəki əşyalar və bitişik ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları yanıb. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az