Model faciəvi şəkildə öldü - Yanındakı 6 yaşlı qız yaralandı - FOTO

12 Yanvar 2019 11:24

İrlandiyalı model qəzada ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Dawn Croke adlı qadın avtomobil qəzasında dünyasını dəyişib.

30 yaşı olan qadın modellikdən əlavə müəllimlik də edib.

O, 4x4 mühərrikli avtomobilin altında qalıb. Dawn Croke hadisə yerindəcə keçinib.

Qəza nəticəsində 6 yaşlı qız da xəsarət alıb.

Milli.Az fotoları təqdim edir:

Fuad
Milli.Az