Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilir

3 Oktyabr 2011 13:32
Oktyabrın 3-də Azərbaycan Tibb Universitetində əməkdar elm xadimi, dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktiki konfrans işə başlayıb. AzərTAc xəbər verir ki, konfransda Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, eləcə də ölkə səhiyyəsinin inkişafında mühüm xidmətləri olan görkəmli alim haqqında məruzələr dinlənilmiş və onun elmi irsinin öyrənilməsi istiqamətində görülmüş işlər ətraflı təhlil olunub.

Bildirilib ki, Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası müdafiə olunub. Böyük alim 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olub.

Milli.Az