Mexikoda bir sutkalıq "benzin" növbəsi...

12 Yanvar 2019 09:16

Onlarla sürücü Mexikoda benzin doldurmaq üçün bir sutkadır növbədə gözləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sürücülər ölkədə yanacaq qıtlığı ilə bağlı yaranan problemlər fonunda yanacaq ilə dolu sistern gözləyir.

Benito Xuares rayonundakı bəzi sürücülər bildirir ki, onlar yanacaq doldurma məntəqəsində kifayət qədər yanacaqları olmadığı üçün gedə bilmirlər.

Sürücülər avtomobillərində gecələyir, bəzilərinin qohumları onlara yemək gətirir.

Milli.Az