Bakıda "Hyundai" yandı

12 Yanvar 2019 09:10

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Milli.Az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az