Ukraynada iki nəfərin prezidentliyə namizədliyi qeydə allnmadı

12 Yanvar 2019 08:20

Ukrayna Mərkəzi Seçki Komissiyası Vitali Veliçenkonun və Viktor Farenyukun prezidentliyə namizədliyini qeydə almayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə MSK-nın cümə axşamı keçirilən iclasında qərar qəbul edilib. MSK onların hər ikisinin tələb olunan 2,5 milyon qrivna dəyərində girov qoymadığından, elektron deklarasiyanı doldurmadığından namizədliyini qeydə almayıb.

Hazırda MSK 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Xatırladaq ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.

Milli.Az