Koçaryan həbsxanadan çıxmaya bilər

12 Yanvar 2019 08:43

Ermənistanın sabiq prezidenti Robert Koçaryan daha iki ay həbsxanada qala bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.

O qeyd edib ki, Ermənistan İstintaq Komitəsi R. Koçaryanın həbs müddətinin daha iki ay uzadılması üçün məhkəməyə müraciət edib.

Hələlik məhkəmənin məsələyə nə vaxt baxacağı məlum deyil.

Qeyd edək ki, R. Koçaryan ölkənin konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Milli.Az