33 yaşlı kişi sirkə turşusundan zəhərlənib

11 Yanvar 2019 23:58

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

Milli.Az report-a istinadən bildirir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü kənd sakini Əliyev Emil Əfqan oğlu evdə səhvən sirkə turşusu içərək zəhərlənib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin həkim müdaxiləsindən sonra həyatı xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az