Hər gün kola içənlərin diqqətinə – Dəhşətli Faktlar

12 Yanvar 2019 19:25

Zərərləri haqqında xəbərdarlığa rəğmən, bəziləri kola içməkdən imtina edə bilmir.

Kola yüksək kalorili olduğu üçün köklüyə səbəb olur. Bir litr kola təxminən 400 kaloridir. İçkinin tərkibindəki kofein yuxu problemlərinə, stressə gətirib çıxarır. Asılılıq yaratdığı üçün kola istehlakını azaldan insanlarda baş ağrıları meydana gəlir.

Araşdırmalar nəticəsində məlum olub ki, hər gün kola içən insanların dərisində qırışıqlıqlar meydana gəlir. Kola dəriyə siqaret qədər mənfi təsir edir.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, kolanın ziyanları bununla bitmir. Onun tərkibidə fosfor olduğu üçün sümüklərin yumşalmasına və əriməsinə səbəb olan hormonları daha çox ifraz edir. Xüsusilə, qadınlarda daha erkən yaşlarda sümük əriməsi problemi ortaya çıxa bilər.

Kolanın tərkibindəki turşu mədə divarını qıcıqlandıraraq qastrit, mədə xorası kimi xəstəliklərə səbəb olur.

Valideynlər uşaqları bu kimi zərərli qazlı içkilərdən uzaq tutmalıdır. Kola uşaqlarda zehni problemlərə gətirib çıxara bilər. Həmçinin, qazlı içkilər sızanaq, pullu dəmirov kimi dəri xəstəlikləri də yaradır.

Milli.Az