Daha bir dünya lideri Davosdan imtina etdi

11 Yanvar 2019 20:33

Fransa prezidenti Emmanuel Makron yanvarın 22-də keçiriləcək Ümumdünya İqtisadi Forumu - Davosda iştirak etməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının məlumatında deyilir. Buna səbəb kimi Makronun gərgin iş qrafiki göstərilib. O, bütün diqqətini "Sarı jiletlilər"in aksiyalarına yönəltmək istəyir. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da Davosda iştirakdan imtina edib.

Milli.Az