UEFA 2018-ci ilin simvolik komandasını açıqladı - FOTO

11 Yanvar 2019 19:00

UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.

Milli.Az report-a istinadən bildirir ki, ötən ilin ən yaxşı oyunçuları sırasında "Qızıl top"un sahibi Luka Modriç də yer alıb. Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar isə siyahıya daxil edilməyib.

2018-ci ilin simvolik komandası:

Qapıçı: Andre ter Ştegen ("Barselona", İspaniya)

Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Marselo (hamısı "Real Madrid", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), N Qolo Kante, Eden Azar (hər ikisi "Çelsi", İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Lionel Messi ("Barselona", İspaniya)

Qeyd edək ki, simvolik komanda azarkeşlərin səsverməsinə əsasən müəyyənləşdirilib. 

Milli.Az