Tacikistanda dünyada ən böyük dəf hazırlanıb

11 Yanvar 2019 23:43

Tacikistanın Kulyab şəhərindəki musiqi alətləri ustası Saidnodir Xaydarov 100 gün ərzində dünyada ən böyük doyra (dəf) hazırlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəfin diametri 1,7 metr, ağırlığı 34 kiloqramdır. Dəfi dord misiqiçi çalır və hər musiqiçinin sahəsində müxtəlif səslər çıxır.

Saidnodir Xaydarov diametri 2 metr olan dəf düzəltmək haqqında da düşünür.

Milli.Az