Zərif istefa verir?

11 Yanvar 2019 17:03

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası xəbəri əsassızdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

O qeyd edib ki, son vaxtlar yayılan xəbərlər İranın milli maraqlarına ziyan vurmaq məqsədi daşıyır.

Bundan başqa, M.Vaezi İranın nüvə sazişini tərk edəcəyi barədə xəbərlərin də həqiqətə uyğun olmadığını deyib.

Milli.Az