Portuqaliyada məhkəmə hakimlərinin tətili keçirilir

11 Yanvar 2019 22:13

Portuqaliyada məhkəmə hakimlərinin tətili başlayıb. Aksiyanın yanvarın 31-dək davam edəcəyi gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Məhkəmə İşçiləri Həmkarlar İttifaqının prezidenti Fernandu Jorje hakimlərin aksiyasının əsas səbəblərinin peşə statusunun dəyişdirilməsi, məvaciblərin aşağı olması, vəzifəyə götürülmə və karyeranın başlanması qaydaları olduğunu bildirib.

Milli.Az