Rəsmləri ilə cəmiyyətin diqqətini ictimai problemlərə yönəldən rəssam

11 Yanvar 2019 22:19

Astanalı rəssam Saulet Janibek əsərlərində ətraf mühitin çirklənməsi, heyvanlara zorakılıq və narkotiklərlə mübarizə kimi ümumbəşəri problemlərə cəmiyyətin diqqətini yönəltməyi hədəfləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 10 ildir rəssam realizm, mücərrədləşdirmə və digər sənət üslubundan istifadə edərək ictimai problemlərə dair bir-birindən maraqlı çoxlu sayda şəkil çəkib.

Rəssamlığa uşaqlıq illərindən böyük maraq göstərdiyini deyən fırça ustası hazırda Astanadakı sənət mərkəzində çalışdığını bildirib.

O deyib: "Əsərlərimdə daha çox cəmiyyətimiz, yaşadığımız dünya üçün aktual olan problemləri əks etdirməyə üstünlük verirəm. Çünki bu problemlər - ətraf mühitin çirkləndirilməsi, narkotiklə mübarizə və digər bu kimi məsələlər ümumbəşəri xarakter daşıyır".

Milli.Az