Mourinyo özünə yeni iş tapdı

11 Yanvar 2019 15:59

Dekabrda "Mançester Yunayted"dən qovulan Joze Mourinyo yeni iş yeri tapıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "beİN Sports"un Orta Şərq və Şimalı Afrikadan olan yayımlarında iştirak edəcək.

55 yaşlı mütəxəssis, Asiya futbol çempionatının qrup mərhələsi çərçivəsində yanvarın 17-də keçiriləcək Qətər - Səudiyyə Ərəbistanı və yanvarın 19-da baş tutacaq "Arsenal" - "Çelsi" oyunları üçün hazırlanacaq proqramda təhlillərini və şərhlərini izləyicilərlə paylaşacaq.

Bundan əvvəl Zlatan İbrahimoviç, Arsen Venger, Uelsli Sneyder, Yaya Ture kimi futbol adamları da "beİN Sports"la eyni qaydada əməkdaşlıq edib.

Milli.Az