Moskvada azərbaycanlıların toplaşdığı yeganə məscid bağlandı - VİDEO

11 Yanvar 2019 16:31

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam" cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

Milli.Az report-a istinadən xəbər verir ki, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

O, məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyib. Rəşid məscidi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, "İnam" məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
В Москве арендованная азербайджанцами мечеть закрыта владельцем