Qadını yolun ortasında soyublar - FOTO

11 Yanvar 2019 15:32

Ağdaş şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə piyada gedərkən naməlum şəxsin ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan  çantasını alıb qaçdığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. 

Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri  1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az