"Benfika"dan ayrılan baş məşqçi Səudiyyə Ərəbistanı klubunda

11 Yanvar 2019 19:36

"Benfika"dan ayrılan baş məşqçi Rui Vitoriyanın yeni iş yeri müəyyənləşib.

Milli.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun baş məşqçi postuna keçib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 48 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb. Onun illik maaşı 7,5 milyon avro olacaq.

Qeyd edək ki, 2002-ci ildən baş məşqçiliyə başlayan Rui Vitoriya ilk dəfə ölkə xaricində çalışacaq.

Milli.Az