Ohanyana cinayət işi açıldı

11 Yanvar 2019 14:05

Ermənistanın sabiq müdafiə naziri, Baş Qərargahın keçmiş rəhbəri Seyran Ohanyana qarşı cinayət işi açılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ohanyana qarşı ittiham 2008-ci il 1 mart hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində qaldırılıb. 

Sabiq nazir Ermənistanın konstitusion quruluşunu devirməkdə ittiham olunur. O, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az