"Çelsi" "Barselona"nın təklifini rədd etdi

11 Yanvar 2019 19:57

"Barselona"nın "Çelsi"nin futbolçu Villianı transfer planı baş tutmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçini Malkomla dəyişmək istəsə də, London təmsilçisi buna razı olmayıb.

Hətta "Barselona"nın qarşı tərəfə Malkomla birlikdə 40 milyon avro da təklif etdiyi bildirilir. Lakin "Zadəganlar" aparcı futbolçusunu göndərmək fikrində deyillər.

Qeyd edək ki, "Barselona" yayda Villian üçün "Çelsi"yə 61 milyon avroluqa təklif göndərmişdi.

Milli.Az