80 yaşlı Verna dünyasını dəyişdi

11 Yanvar 2019 13:38

1978-ci ilin komediya filmi olan "National Lampoon's Animal House"dakı rolu ilə tanınan aktrisa vəfat edib.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, ABŞ-lı aktrisa Verna Blum (Verna Bloom) 80 yaşında dünyasını dəyişib.

Aktrisa ABŞ-ın Men ştatındakı evində ölüb. Vernanın meneceri onun ölümünü təsdiqləyib.

Qeyd edək ki, o, demensiya xəstəliyindən əziyyət çəkirdi.

Fuad
Milli.Az