464 azərbaycanlı xaricdən geri qaytarılıb

11 Yanvar 2019 12:35

2018-ci ildə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub: "Hazırda bu şəxslərin sayı 78 nəfərdir".

Milli.Az