Operatorla ailəli olan aparıcı 51 yaşında dünyasını dəyişdi - FOTO

11 Yanvar 2019 12:12

BBC-nin aparıcısı 51 yaşında dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, BBC-nin həm televiziyasında, həm də radiosunda aparıcılıq edən Dayana Oksberi xəstəlikdən vəfat edib.

Əri ilə birlikdə Mançesterdə yaşayan Dayana 20 ildən çox jurnalistika sahəsi ilə məşğul olub. Onun əri operator işləyib.

Onun iki övladı var idi. Yaxınları və fanatları aparıcının ölümündən şoka düşüblər. Dayananın xəstəliyinin ağır olmadığı düşünülürdü.

Fuad
Milli.Az