Ağır xəstəlikdən anasını itirən Talıb: Anamı xilas etməyə imkanım çatmadı - VİDEO - FOTO

11 Yanvar 2019 11:55

Talıb Talenin "Şou ATV"nin efirində illər öncə xərçəng xəstəliyindən dünyasını dəyişən anası ilə bağlı dedikləri hər kəsi qəhərləndirib.

Milli.Az xəbər verir ki, müğənni hətta göz yaşlarına da hakim ola bilməyib.

Talıb ağır xəstəlikdən əziyyət çəkən anasının son kəlməsini demədən dünyadan köçdüyünü bildirib:

"Hərdən sual verirlər ki, həyatından razısan, yoxsa yox? Bircə anam yaşasaydı, həyatımdan 100 faiz razı olardım. Çox təəssüf ki, ağır vaxtlarımızda getdi, heç yaxşı günlərimi görmədi. Xərçəng xəstəliyindən ölüm ən əzablı ölümdür deyərdim. İnsanı elə hala qoyur ki... O vaxt bəlkə də nələrsə edə bilərdim, amma ona imkan çatmadı. Mümkün qədər çalışdıq, xilas edə bilmədik. Çalışırdıq ona bildirməyək. Dünyadan köçəndə son sözünü deyə bilmədi. Artıq nitqi tutulmuşdu". 

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lüks avtomobil sürən azərbaycanlı müğənni anasını imkansızlıqdan itiribmiş