Sürətlə inkişaf edən gəncliyin fırlanan düyməli telefona "çarəsiz" baxışları - VİDEO

11 Yanvar 2019 11:45

ABŞ-da çəkilib, sosial şəbəkələrə yüklənən video qısa zamanda bütün dünyaya yayılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, iki gəncin çaşqınlıqla fırlanan diskli telefona baxdığı anların əks olunduğu video sosial şəbəkələrdə maraq doğurub.

ABŞ-ın İllinoys ştatında yaşayan 17 yaşlı Jake and Kyle Bumstead rəqəmli barmaqla fırladılmaqla yığılan stasionar ev telefonu gördükdə təxminən 5 dəqiqə təəccüblə cihaza baxıb, onu necə işlədəcəklərini fikirləşiblər.

Qeyd edək ki, həmin telefonlardan 2000-ci illərə qədər Azərbaycanın rayonlarında istifadə olunub.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürətlə inkişaf edən gəncliyin fırlanan düyməli telefona