Almeyda "Qarabağ"a qayıdır - 2,5 illik müqavilə imzalanacaq

11 Yanvar 2019 11:35

Riçard Almeydanın "Qarabağ"a keçidi rəsmiləşmək üzrədir.  

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi yaxın günlərdə keçmiş klubu ilə müqavilə imzalaya bilər.

Ağdam təmsilçisi hazırda futbolçunun məxsus olduğu "Astana" klubu ilə danışıqlar aparır. Maliyyə çətinlikləri ilə üzləşən Qazaxıstan təmsilçisi futbolçunu azad agent kimi buraxmağa hazırdır.

Əldə etdiyimiz son məlumata görə, millimizin üzvü bu həftə "Qarabağ"ın Antalyada davam edən təlim-məşq düşərgəsinə qoşulacaq. Futbolçu keçmiş klubu ilə 2,5 illik sözləşmə imzalayacaq. 

Qeyd edək ki, Almeyda 2012-18-ci illərdə "Qarabağ"da çıxış edib. O, ötən mövsümün sonunda son Azərbaycan çempionunu "Astana"ya dəyişib. Braziliyalı futbolçunun "Astana"dakı illik qazancı 950 min avrodur. 

Milli.Az