Alişan yenidən aparıcılıq edəcək

11 Yanvar 2019 20:15

Müğənni Alişan ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni yenidən aparcılıq edəcəyini və layihə üzərində çalışdığını deyib.

Ece Erken və Demet Akalın arasında olan gərginlik zamanı Eceyə dəstək olan Alişan bu haqda verilən suallara cavab verməyib.

Yaxın zamanda ata olmağa hazırlaşan ifaçı "Bütün hazırlıqlar tamamlanıb. Hər gün həyəcanımız daha da artır. Tək arzumuz oğlumuzu sağlam şəkildə qucağımıza almaqdır" sözlərini deyib.

Milli.Az