Ulduz futbolçu karyerasını bitirir - 6 ay sonra yoxam

11 Yanvar 2019 10:05

Hazırda "Feyenoord"un heyətində çıxış edən və cari mövsümün sonunda futbolu buraxacağını açıqlayan Robin Van Persi, karyerasının son zamanları haqqında danışıb.

Milli.Az komanda.az -a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu, futbolçu karyerasını bitirəcəyi üçün kədərləndiyini deyib:

"17 ildir peşəkar futbolçuyam və mövsümün sonunda hamısı bir anda bitmiş olacaq. Bunun üçün bir az kədərlənirəm, amma qərarımı çoxdan verdim. Bir çox insan futbolu buraxdıqdan sonra nə edəcəyini bilmir. Futbolçu olaraq zamanım bitir, 6 ay sonra yoxam. Artıq özüm-özümün ağam olacam.

"Fənərbağça"da itirdiyim işimi "Feyenoord"da yenidən qazandım. Hollandiya Futbol Federasiyası ilə növbəti planımız haqqında danışdıq, amma dəqiq qərar vermədik".

Milli.Az